Çavuşoğlu Lavrovla Azərbaycan-Ermənistan münasibətlərini də müzakirə edib

cavusoglu-lavrovla-azerbaycan-ermenistan-munasibetlerini-de-muzakire-edib
Oxunma sayı: 1078

“Cənubi Qafqazda “3+3” formatını, eləcə də Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu məsələlərdə dəstəyinə görə Rusiyaya minnətdarlığımı bildirirəm. Türkiyə hesab edir ki, xüsusilə Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması regionda sabitlik üçün vacibdir”, - deyə Çavuşoğlu söyləyib.