Çavuşoğlu Lavrovla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

cavusoglu-lavrovla-azerbaycan-ermenistan-normallasma-prosesini-muzakire-etdi
Oxunma sayı: 1483

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla bir sıra məsələləri müzakirə edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, müzakirə zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Moskvada Rusiya, Türkiyə, Suriya və İranın XİN rəhbərləri arasında görüş keçirilib.