Çavuşoğlu NATO XİN rəhbərlərinin fövqəladə iclasına qatıldı - Foto

cavusoglu-nato-xin-rehberlerinin-fovqelade-iclasina-qatildi
Oxunma sayı: 1643

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın paytaxtı Brüsseldə NATO xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Çavuşoğlu öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, görüş zamanı nazirlər Ukraynadakı hadisələr barədə fikir mübadiləsi aparıblar: “Müttəfiqlər olaraq Ukraynanın siyasi birliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.