Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin dəfn mərasiminə qatılacaq.
Bu barədə “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir.
Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş Prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edəcək nazir Mövlud Çavuşoğluna Pelenin dəfn mərasimində iştirak etməyi tapşırıb.
Qeyd edək ki, Pele dekabrın 29-u, 82 yaşında vəfat edib.
Son xəbərlər
Son Xəbərlər