Çavuşoğlu Qazaxıstana gedir

cavusoglu-qazaxistana-gedir
Oxunma sayı: 959

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 24-ü Qazaxıstana rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Çavuşoğlu Qazaxıstana səfəri çərçivəsində həmkarı Muxtar Tileuberdi ilə danışıqlar aparacaq. Onlar söhbət zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Bununla yanaşı, Türkiyənin XİN rəhbəri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qəbulunda olacaq.