Türkiyənin xarici işlər naziri “Körfəz böhranı”nı müzakirə etmək üçün sabah iyunun 14-də Qətərə səfər edəcək.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Çavuşoğlu səfər çərçivəsində qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Təni ilə görüşəcək.
Çavuşoğlunun Qətərdə rəsmi görüşlərdən sonra Səudiyyə Ərəbistanına səfər edəcəyi gözlənilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla 9 ölkə Qətərlə diplomatik münasibətlərini dayandırıb. Türkiyə bir neçə gündür tərəflər arasında gərginliyi azaltmaq və problemi həll etmək üçün vasitəçi rolunu oynayır.
Fərid Ədalət
Son xəbərlər
Son Xəbərlər