Qazaxıstanda rəsmi səfərdə olan Türkyənin xarici işlər naziri Mövlud Çavuşoğlu COVID-19-a yoluxub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri öz tviter hesabında məlumat verib.
O qeyd edib ki, Qazaxıstanda verdiyi testin nəticəsi müsbət çıxıb. Bu səbəbdən də ehtiyat tədbiri olaraq qazaxıstanlı həmkarı Muxtar Tileuberdi ilə görüşünü videokonfrans vasitəsilə keçirib.
Qeyd edək ki, fevralın 16-sı M. Çavuşoğlu öz tviter hesabında koronavirusa yoluxduğunu, fevralın 19-u isə bu xəstəlikdən sağaldığını açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər