Çavuşoğlu Stoltenberqlə görüşdü

cavusoglu-stoltenberqle-gorusdu
Oxunma sayı: 846

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nato Baş katibi Yens Stoltenberqlə görüşüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iclas NATO-nun Brüsseldəki qərargahında keçirilib.

Çavuşoğlu iclasdan sonra sosial şəbəkədə paylaşdığı açıqlamada ittifaqda birlik və həmrəyliyin daha da gücləndirilməli olduğunu bildirib.

“Ölkəmiz ittifaqın qarşısını alma və qorunma fəaliyyətlərində kritik və aparıcı rol oynayır. NATO-nun Əfqanıstan və İraqdakı fəaliyyətlərini dəstəkləməyə davam edəcəyik”,- deyə Çavuşoğlu qeyd edib.

Çavuşoğlunun Brüsseldəki görüşləri çərçivəsində Avropa Şurasının prezidenti Çarlz Mişel ilə də görüşəcəyi gözlənilir.