Çavuşoğlu Tillersonla danışdı

cavusoglu-tillersonla-danisdi
Oxunma sayı: 1006

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Suriya Milli Dialoq Konqresini, Suriyada aparılan "Zeytun budağı" əməliyyatını və İraqdakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb.