Çavuşoğlu Ukrayna ilə bağlı yeni görüşün anonsunu verdi

cavusoglu-ukrayna-ile-bagli-yeni-gorusun-anonsunu-verdi
Oxunma sayı: 1299

Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT arasında humanitar məsələlər üzrə təmas qrupunun görüşü keçiriləcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Vaşinqtonda çıxışı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.

“BMT-nin Baş katibinin təklif etdiyi, BMT, Türkiyə, Rusiya və Ukraynanın daxil olduğu humanitar məsələlər üzrə təmas qrupu var. Yaxın günlərdə texniki səviyyədə iclas keçirməyi planlaşdırırıq”, - deyə Çavuşoğlu söyləyib.