Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-nin dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, danışıq zamanı yerli və regional məsələlər müzakirə edilib.
Söhbət zamanı İsveçin NATO-ya daxil olması prosesi və taxıl müqaviləsi ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, Blinken Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Son xəbərlər
Son Xəbərlər