Çavuşoğlu və Lavrov iftar masası arxasında - Fotolar

cavusoglu-ve-lavrov-iftar-masasi-arxasinda
Oxunma sayı: 3583

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüş iftar masası arxasında keçirilib.

Həmçinin, görüşdə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov və digər şəxslər də iştirak edib.

Qeyd edək ki, Çavuşoğlunun sabah Lavrovla birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.