Çavuşoğlu Zəriflə görüşdü

cavusoglu-zerifle-gorusdu
Oxunma sayı: 778

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Görüşdə bir sıra beynəlxalq və regional məsələlərin, xüsusilə altılı platforma təşəbbüsünün müzakirə olunacağı gözlənilir.

İki ölkə XİN rəhbərlərinin bir qədər sonra birgə mətbuat konfransı təşkil edəcəyi bildirilib.

Zərif Türkiyə vaxtı ilə saat 14:00-da isə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.