Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Vaşinqtona səfər edib.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, Türkiyənin NATO-dakı və regional təhlükəsizlikdən rolundan danışan Çavuşoğlu ölkəsinin təcili olaraq hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu bildirib.
O, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksini alınması üzrə əldə edilmiş razılaşmadan geri addım atmayacağını deyib:
“Biz uzun illər ərzində bu sistemləri ala bilmədik. ABŞ-dan başqa digər müttəfiqlərimizdən də almağa çalışdıq, amma nəticə olmadı. Ona görə də Rusiyadan almağımız lazım idi. Bölgəmizdə bizə bir çox təhlükə var və NATO bunu həll edəcək vəziyyətdə deyil”.
Son xəbərlər
Son Xəbərlər