Çavuşoğludan YSK-nın qərarına münasibət

cavusogludan-ysk-nin-qerarina-munasibet
Oxunma sayı: 2183

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ali Seçki Komissiyasının (YSK) İstanbulun bələdiyyə seçkiləri ilə bağlı qərarına münasibət bildirib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, nazir təkrar seçkilərin şəffaf keçiriləcəyinə əmin olduğunu deyib:

“Seçkilər şəffaf olmalıdır. Biz də bunu istəyirik. YSK da nəticələri bu səbəbdən ləğv etdiyini söyləyir. Bütün namizədlər martın 31-dən qabaq olduğu kimi bərabər hüquqa sahib olmalıdırlar”.

Qeyd edək ki, iyunun 23-də İstanbulda yenidən bələdiyyə seçkiləri keçiriləcək.