Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkdakı “Türk Evi”nə hücuma münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, özünün tviter hesabında paylaşım edib.
Çavuşoğlu hücumu pisləyib və ABŞ-dən hücumun səbəbkarlarını tez bir zamanda müəyyənləşdirməsini və ev sahibi ölkə kimi diplomatik nümayəndəliklərin lazımi mühafizə ilə təmin edilməsini gözlədiyini qeyd edib.
Xatırladaq ki, ABŞ-nin Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücum edilib. Səhərə yaxın naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb. Şəhər polisi hadisə ilə bağlı araşdırma aparır.
Qeyd olunur ki, “Türk Evi”ndə ölkədəki prezident seçkilərinin ikinci turu ilə bağlı seçki məntəqəsi də fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər