Çavuşoğlunun arvadı qarət olundu

cavusoglunun-arvadi-qaret-olundu
Oxunma sayı: 754

Türkliyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun həyat yoldaşı Hülya Çavuşoğlunun başına Filippində iş gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənubi-Şərq Asiya Ölkələr Birliyinin (ASEAN) xarici işlər nazirlərinin iclasında iştirak edən Mövlud Çavuşoğlunun həyat yoldaşının zinət əşyaları Ninoy Aquino hava limanında oğurlanıb.

Oğurlanmış əşyaların arasında ağ qızıldan üzük, brilyant üzük, mirvari qaşlı üzük, 3 cüt mirvari qaşlı sırğa və brilyant boyunbağı var.

Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Araşdırmalar nəticəsində zinət əşyaları baqaj yükləyənlərdən birinin şkafında tapılıb.