Çavuşoğlunun “Bozqurd” işarəsinə görə səfir təyinatını təxirə saldılar

cavusoglunun-bozqurd-isaresine-gore-sefir-teyinatini-texire-saldilar
Oxunma sayı: 7267

Uruqvay Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun aprelin 24-də ona etiraz edən ermənilərə “Bozqurd” işarəsi göstərməsinə görə yeni qərar qəbul edib. Belə ki, sol partiyaların ittifaqı olan “Frente Amplio”nun tələbi və bütün partiyaların dəstəyi ilə Hüqo Kayrusun səfir təyin edilməsi Senat tərəfindən təxirə salınıb.

“Qafqazinfo” xəbər veri ki, müxalifət senatorlarından Liliam Keçiciyan ötən həftə “El Pais” qəzetinə açıqlamasında Türkiyə və Ermənistana eyni vaxtda səfir təyin edəcəklərini deyib.

Senatın iclasında Keçiciyan verilən qərarların Kayrusun şəxsiyyəti ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.

Səs verən 25 deputatın hamısının səsi ilə sənəd Uruqvay parlamentinin yuxarı palatasının Beynəlxalq Əlaqələr Komitəsinə geri göndərilib.