Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 11-də Hollandiyanın Rotterdam şəhərində referendumla bağlı keçirməyi planlaşdırdığı mitinqinə icazə verilməyib.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, qərarı şəhərin bələdiyyə sədri Əhməd Abutalib açıqlayıb.
“Mövlud Çavuşoğlunun diplomatik toxunulmazlığı var və biz ona hörmət edəcəyik. Lakin cəmiyyətin olduğu ərazilərdə təşkil olunan tədbirlərə qadağa qoymaq üçün başqa üsullarımız var”, - deyə bələdiyyə rəhbəri bildirib.
Xatırladaq ki, martın 2-dən etibarən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi, keçmiş enerji və təbii qaynaqlar naziri Taner Yıldız, eləcə də Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyadakı toplantıları da ləğv olunub və iki ölkə arasında siyasi qalmaqal baş verib.
Son xəbərlər
Son Xəbərlər