Çay evində bir nəfəri döyən şəxslər saxlanıldı

cay-evinde-bir-neferi-doyen-sexsler-saxlanildi
Oxunma sayı: 2652

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfərin xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döydükləri barədə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanov müəyyən olunaraq saxlanılıb.