Çayda batan uşağın cəsədi tapıldı -

cayda-batan-usagin-cesedi-tapildi-
Oxunma sayı: 1197


“Qafqazinfo” Fövqaəladə Hallar Nazirlyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan rayonu, Şorsulu kəndində çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin suda batması haqqında məlumat daxil olmuşdur.

Salyan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Rzayev Lazim Ayət oğlunun cəsədi sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.


“Qafqazinfo”