Çayda çimərkən başı daşa dəydi, ağır yaralandı

cayda-cimerken-basi-dasa-deydi-agir-yaralandi
Oxunma sayı: 768

Balakəndə çayda çimən 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
 
“Qafqazinfo” xəbər verir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 2-si axşam saat 18 radələrində rayonun Kortala kənd sakini, 1966-cı il təvəllüdlü Nurəddin İbrahim oğlu Tahirov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanan reanimasiya şöbəsinə daxil olub.
 
Həkim araşdırması və müayinəsi zamanı məlum olub ki, 51 yaşlı Nurəddin Tahirov kəndin inzibati ərazisindən axan çayda çimərkən başı çayın dibindəki daşa dəyib. Nurəddin Tahirova qapalı kəllə-beyn travması, boyun fəqərəsinin sınığı, aşağı və yuxarı ətrafların iflici diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.