Çaydan 102 insan cəsədi tapıldı

caydan-102-insan-cesedi-tapildi
Oxunma sayı: 1324


“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, çaydan əksəriyyəti uşaq olmaqla toplam 102 insan cəsədi tapılıb.

Polis faktla bağlı araşdırma aparır. 

Bölgənin rəsmi nümayəndəsi Saumya Agarwal Pariya məsələyə aydınlıq gətirməyə çalışıb:

“Hindistanda ölənlərin yandırılması kimi bir adətin olması hər kəsə məlumdur. Ölkədə yandırılma haqqı çox bahadır, təxmini 40 dollardır. Güman edilir ki, bu cəsədlər xalq tərəfindən çaya atılıb, onların ölən qohum və yaxınlarıdır. Bu barədə araşdırma aparılacaq, analizlər götürülüb dəqiqləşdiriləcək”.