Çaydan 23 yaşlı gəncin meyiti tapıldı

Çaydan 23 yaşlı gəncin meyiti tapıldı
Oxunma sayı: 1058

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Lənkəran çayının Lerik rayonu ərazisindən keçən hissəsində 1996-cı il təvəllüdlü Mehrəliyev Cavid Sakit oğlunun batması barədə məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu C.Mehrəliyevin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi