“Qafqazinfo” xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş şəxs Elnur Elxan oğlu Kazımova tanışı vətəndaş İmanxan Millət oğlu Məmmədovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman quru çayın içərisində gizlədilmiş, sellofana bükülmüş, xalis çəkisi 3,343 qram olan narkotik maddə “Tiryək” aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər