Çaykadan sonra müavini də vəzifəsindən getdi

caykadan-sonra-muavini-de-vezifesinden-getdi
Oxunma sayı: 1771

Rusiyanın Baş prokurorunun birinci müavini Aleksandr Buksman vəzifəsindən gedib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Buksman istefa ərizəsini artıq təqdim edib. O, istefa qərarının səbəbini açıqlamayıb. Buksman 2006-cı ildə Baş prokurorunun birinci müavini vəzifəsini icra edir.

Qeyd edək ki, yanvarın 22-dəi Federasiya Şurası Yuri Çaykanı Baş prokuror vəzifəsindən azad edərək yerinə iqor Krasnovu təyin edib.