Çaykanın yeni vəzifəsi bəlli oldu

Çaykanın yeni vəzifəsi bəlli oldu
Oxunma sayı: 2257

Rusiyanın sabiq Baş prokuroru Yuri Çayka Şimali Qafqaz Federal Dairəsinin səlahiyyətli nümayəndəsi postunu tutacaq.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hələlik bununla bağlı rəsmi sərəncamın imzalanmadığını, ancaq artıq Vladimir Putinin Yuri Çaykaya bir sıra tapşırıqlar verdiyini bildirib. Çayka ilə görüşdə Putin əsas diqqəti regionda sosial sahədəki problemlərə, korrupsiya və terrorizmlə mübarizəyə yönəldib. Prezident onun bu işlərin öhdəsindən gələcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, hazırda səlahiyyətli nümayəndə postunu Aleksandr Matovnikov tutur.

Xatırladaq ki, Yuri Çaykanın vəzifəsindən getməsindən sonra Putin Baş prokuror kimi Rusiya İstintaq Komitəsinin rəhbər müavini İqor Krasnovun namizədliyini irəli sürüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi