Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Lənbəran kəndində Həmid Əliyev həmkəndlisi Mehman İsmayılovu çayxanada baş verən münaqişə zəminində bıçaqlayıb.
Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.İsmayılova 3 bıçaq zərbəsi vurulduğu məlum olub. M.İsmayılovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər