“Qafqazinfo”nun məlumatına görə, konsertdə Ülviyyə Rəhimova və “Orient Xpress” qrupu çıxış edəcək.
Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu Ülviyyə Rəhimova “Bəri bax” qrupunun tərkibində müxtəlif müsabiqə və festivalların iştirakçısı olub. “Eurovision-2010” Mahnı Müsabiqəsinin milli seçim müsabiqəsinin yarımfinal mərhələsinədək irəliləyib. Onun ifasında səslənən "İn Love" mahnısı maraqla qarşılanıb.
“Orient Xpress” qrupu 2003-cü ildə Bakıda yaradılıb. Yaradıcılıq eksperimentləri üçün müxtəlif musiqi janrlarından istifadə edən qrup 60-dan çox orijinal trek yaradıb.
Son xəbərlər
Son Xəbərlər