CBC “Sonsuz Dəhliz”lə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

cbc-sonsuz-dehlizle-bagli-yayilan-melumatlara-aydinliq-getirdi
Oxunma sayı: 2076

CBC telekanalı Xocalı faciəsindən bəhs edən filmi yayımlamaqdan imtina etməsiylə bağlı dərc olunan məlumatlara aydınlıq gətirib.

“Qafqazinfo”ya şirkətdən daxil olan açıqlamada qeyd edilir ki, fevralın 23-də “Turan” informasiya agentliyində Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” ("Endless Corridor") filminin müəlliflərinin Azərbaycandakı tərəfdaşlarının ekran işinin rus versiyasını CBC telekanalına təqdim etdikləri, lakin telekanalın filmi göstərməkdən imtina etdiyi qeyd edilib:

“CBC TV-nin rəhbərliyi bildirir ki, bu məlumat həqiqətə uyğun deyil. “Turan” informasiya agentliyi bu məlumatı dərc etməzdən əvvəl dəqiqləşdirmək məqsədilə CBC TV-yə müraciət etməyib və məsələ ilə əlaqədar bizim mövqeyimizi öyrənməyib.

Əslində "Sonsuz Dəhliz" filmi CBC telekanalının efir proqramına daxil edilib və film 2019-cu il fevralın 24-də saat 22:00-da nümayiş etdirilib. Film  bu gün və sabah da CBC TV-də yayımlanacaq. Məlumat üçün bildiririk ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna edilmiş son dəyişikliyə əsasən, siqaret ve tütünçəkmə görüntülərinin televiziya və videofilmlərdə açıq yayımlanması qadağan edildikdən sonra MTRŞ bütün telekanallar qarşısında bu dəyişiklikdən irəli gələn tələblər qoyduğu üçün CBC TV TEAS Press-in filmlə bağlı telekanala müraciət edən əməkdaşına filmdə siqaret olan kadrların üstünün bağlanması və bundan başqa digər bəzi kiçik üslub düzəlişləri edilməsini təklif edib. Lakin filmi təqdim edən qurumun əməkdaşı bildirib ki, film Litvada hazırlanıb, buna görə də həmin qeydləri etmək çətin olacaq.

Bu məlumatı nəzərə alan televiziya kanalının rəhbərliyi yalnız siqaret görüntülərinin üstünü örtməklə müfaviq əməkdaşlara “Sonsuz Dəhliz” filmini nümayiş üçün hazırlamaq göstərişi verib. Bu prosesdən sonra film efir proqramına daxil edilib".