Cəbəllütariq Ali Məhkəməsi İranın “Grace 1” neft tankerini azad edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qərar yerli hökumət Avropa Birliyinin sanksiyalar haqqında qərarına əsasən qəbul edilib.
Qərar Cəbəllütariqin Baş Naziri Fabian Pikardo tərəfindən qəbul edilib. Tankerin İrana nə vaxt yola salınacağı bilinmir.
Xatırladaq ki, “Grace 1” iyulun 4-də AB-nin sanksiyalarını pozaraq Suriyaya neft daşımaqda şübhəli bilinərək saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər