Cəbhə bölgəsində ekoloji tarazlıq qorunur -

cebhe-bolgesinde-ekoloji-tarazliq-qorunur-
Oxunma sayı: 703


“Qafqazinfo” xəbər verir ki, aksiya çərçivəsində rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədilə ümumilikdə 6200-ə yaxın çinar və digər həmişəyaşıl ağac və dekorativ kol əkilmişdir. Son dörd il ərzində isə rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, ümumilikdə 100000 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilmişdir. Ağac əkilən ərazilərdə təmizlik işləri görülmüş, ağacların suvarılması, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunub.

Füzulililər Prezident İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri olan yaşıllıq sahələrinin genişləndirilməsi və qorunmasını daim diqqət mərkəzində saxlayır, Leyla Əliyevanın təşəbbüsü ilə baş tutan “Ümumrespublika yaşıllaşdırma” marafonunun isə yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətləndirilməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi kimi qiymətləndirirlər. 

Rayonda aparılan təmizlik, abadlıq, səliqə-səhman işləri iməcilik, şüar xarakterli deyil, aidiyyati idarə müəssisələrin, bələdiyyələrin gündəlik işi kimi həyata keçirilir.  

“Qafqazinfo”