Füzuli rayon İcra hakimiyyətinin şöbə müdiri Bayram Niftəliyev hazırda rayonda aparılan işlərlə bağlı yazı hazırlayıb.
“Qafqazinfo” həmin məqaləni təqdim edir:
“Füzuli rayonu Azəbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Aqrar rayon olan Füzuli tarixən münbit torpaqlarının və işgüzar adamlarının sayəsində həmişə bol məhsul istehsal edib. Füzuli rayonunun iqtisadiyyatında həm çar rusiyası və AXC dövründə, həm də sovetlər dönəmində taxılçılıq, baramaçılıq, heyvandarlıq, pambıqçılıq, üzümçülük, bostan-tərəvəz məhsulları aparıcı yer tutub.
Füzuli rayonu özünün intibah dövrünü isə Ulu öndər Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi ötən əsrin 70-ci və 80-ci illərini əvvəlllərində yaşayıb. 1993-cü ildə rayonun Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunması ilə rayonun bütün infrastruktur obyektləri yandırılmış və dağıdılmış, iqtisadiyyatı məhv olub.
Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edilib. Bundan sonra yandırılmış və dağıdılmış infrastruktur obyektləri bərpa olunmağa başlayıb.
Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra rayonun işğaldan azad olunmuş yaşayış məntəqələrində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılmış, müxtəlif şəhər və rayonda məskunlaşan füzulili məcburi köçkün ailələri üçün 17 yeni qəsəbə salınıb, təhsil, səhiyyə, idman, mədəniyyət digər sosial yönümlü obyektlər tikilib, yollar, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilib, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dönüş yaranıb, Horadizə şəhər statusu verilib.
İlham Əliyev Prezidentliyi dövründə dəfələrlə Füzuli rayonunda olmuş, onlarla infrastruktur obyektlərinin açılışında iştirak etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Sərəncamlar imzalayıb.
Füzuli rayonu hazırda özünün yüksəliş, tərəqqi dövrünü yaşayır. İlham Əliyevin Füzulidə olarkən Horadiz şəhərini Ermənistanın paytaxtı,qədim Azərbaycan şəhəri İrəvanla müqayisə etməsi və ya “Biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, Ulu Öndər Heydər Əliyevin siyasətini görürük sözləri deyilənlərin əyani təzahürüdür.
Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində tikinti-quruculuq, abadlıq işləri bu gün də davam etdirilir. Hazırda Horadiz şəhərində Bayraq Muzeyinin, Bala Bəhmənli kəndi ərazisində Mərkəzi rayon Xəstəxanasının, Aşağı Yağlıvənd kəndi ərazisində barama qurutma məntəqəsinin, Əhmədalılar kəndində 35 fərdi yaşayış evinin, kərpic evlər adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri üçün 95 evin tikintisi surətlə davam edir. Yaxın vaxtlarda 2700 ha sahədə yaradılan Aqropark tam gücü ilə fəaliyyətə başlayacaq, 1000 ha sahədə Azərşəkər MMC tərəfindən böyük şəkər emalı müəssisəsi yaradılacaq.
Füzuli rayonunda Heydər Əliyev Fondunun, Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qayğı və diqqətini əhalimiz daim hiss edir. Fond Füzulidə 6 böyük layihə həyata keçirmişdir. Hazırda Heydər Əliyev Fondu tərəfindən Arayatılı, Əhmədbəyli və Mahmudlu-2 kəndlərində ən müasir tələblərə cavab verən uşaq bağçalarının tikintisi davam etdirilir. Bala Bəhmənli kənd tam orta məktəbinin təmir-barpa işləri də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir”.
Son xəbərlər
Son Xəbərlər