Cəbhə xəttindən olan bu görüntülər “Ayın videosu” seçildi

cebhe-xettinden-olan-bu-goruntuler-ayin-videosu-secildi
Oxunma sayı: 5247

Anadolu Agentliyinin cəbhə zonasına ezam olunmuş əməkdaşı, azərbaycanlı Ruslan Rəhimovun təmas xəttindən hazırladığı reportaj “Ayın videosu” seçilib.

“Qafqazinfo” xəbər verir ki, agentliyin veb saytlarında türk və ingilis dillərində aparılan səsvermədə sözügedən reportaj 5 video arasında qalib olub.

Qeyd edək ki, sentyabrın 30-da çəkilən görüntülərdə Azərbycan-Ermənistan cəbhə xəttində gərginliyin davam etdiyi, bölgədə xidmətdə olan “AA”nın heyətinin hücumdan son anda xilas olduğu görünür.