“Qafqazinfo” xəbər verir ki, bu haqda AzadlıqRadiosuna AXCP Saatlı rayon təşkilatının sədri Şamil Hacıbəyli məlumat verib.
Onun dediyinə görə, polislər avqustun 2-də səhər Ruslan Nəsirovun yaşadığı evə gəliblər, onun özünü tapmadıqlarından atası Şamil Nəsirovu özləri ilə aparıblar.
Bir ay öncə AXCP Saatlı rayon təşkilatının Gənclər Komitəsinin tədbiri Şamil Nəsirovun evində keçirilmişdi.