“Qafqazinfo” xəbər verir ki, bu barədə virtualaz.org saytı məlumat yayıb. Bildirilir ki, gizir düşmən snayperi tərəfindən vurulub. O, Lerik rayonundan hərbi xidmətə çağırılıb.
Xatırladaq ki, avqustun 31-dən sentyabrın 1-nə keçən Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində düşmən ordusu ilə şiddətli atışmaların olduğu haqda məlumatlar yayılıb.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə düşmən ordusunun iki hərbçisi bu döyüşlərdə ağır yaralanıb. Onlardan birinin vəziyyəti kirtikdir. Ölənlər barədə məlumat verilmir.
Sayt yazır ki, Azərbaycan ordusunun daha bir hərbçisi, gizir Məmmədov Şəki hərbi hospitalında xəstəlikdən vəfat edib.

Son xəbərlər
Son Xəbərlər