Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində zabit ailələri üçün daha bir yaşayış kompleksi və yeni hərbi şəhərciyin açılışında iştirak edib.
“Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, avqustun 2-də hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan və hər biri 3 otaqdan ibarət 48 xidməti mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub.
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərcikdəki obyektlərlə tanış olub.
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə maraqlanıb, müvafiq göstəriş və tövsiyələrini verib.






Son xəbərlər
Son Xəbərlər