Cəbhədəki son vəziyyətlə bağlı - MN-dən açıqlama

cebhedeki-son-veziyyetle-bagli-
Oxunma sayı: 2209

“Düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlik qeyd edir ki, erməni hərbi rəhbərliyinin silahlı qüvvələrində baş verən çoxsaylı itkilərini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib:

“Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur”.

Qeyd olunub ki, bu gün də baş verən insidentdə tələfatın sayı çox olduğundan və qarşı tərəf ölənlər barədə məlumatı gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb:

“Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq”.