“Qafqazinfo” federasiyanın rəsmi saytına istinadən xəbər verir ki,çempionatın üçüncü günündə 74 və 125 kq sərbəst, 55 və 69 kq qadın güləşçilər mübarizə aparıb. Azərbaycan güləşçiləri 3 çəki dərəcəsində təmsil olunublar.
74 kq-da Cəbrayıl Həsənov 1/8 finalda Alberto Martineslə (İspaniya) qarşılaşıb və 84 saniyə ərzində 10:0 hesablı qələbə qazanıb. 1/4 finalda İsveçrə güləşçisi üzərində vaxtından əvvəl qələbə qazanan Cəbrayıl yarımfinala yüksəlib. Final yolunda Türkiyəli Soner Demirtaşla görüşdə 2:0 geridə olmasına baxmayaraq, "boxça" fəndi ilə rəqibinin kürəyini yerə vuran güləşçimiz finala vəsiqə qazanıb. Finalda Rusiya güləşçisi Ənvər Qeduyevlə gərgin görüşdən 3-5 məğlub ayrılan Cəbrayıl gümüş medala sahib olub.
Son xəbərlər
Son Xəbərlər