Cəbrayıla narkotik keçirmək istəyən 3 iranlı tutuldu

cebrayila-narkotik-kecirmek-isteyen-3-iranli-tutuldu
Oxunma sayı: 2604

Cəbrayıla narkotik keçirmək istəyən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, martın 9-da Cəbrayılın Marallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq sərhəd pozucularından 1 nəfərin İran, 3 nəfərin isə Azərbaycan tərəfə qaçmaları müşahidə olun­ub.

Martın 10-da hadisənin baş verdiyi əraziyə gələn 1 nəfər şübhəli şəxs geri qayıdarkən saxlanılıb. Onun Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Abdullayev Mehman Əli oğlu olması müəyyən­ləşdirilib. Saxlanılan şəxsin əlindəki 3 kisəyə baxış zamanı içərisində təxmini çəkisi 63 kq 305 qram narkotik vasitəyə (35 kq 450 qram “heroin”, 14 kq 140 qram “metamfetamin”, 13 kq 66 qram “marixuana”, 55 qram “tiryək” və 1970 ədəd  psixotrop həblərə bənzər maddələr, eləcə də 6 şüşədə 10,5 litr “Çaykovski” markalı spirtli içki aşkar oluna­raq götürülüb.

Azərbaycan ərazisinə qaçmağa nail olmuş 3 nəfər pilotsuz uçuş aparatlarının tətbiqi, xidməti itlərin cəlb edilməsi ilə qamışlıq sahədə gizləndiyi yerdə aşkarlanıb.

Qaçaqmalçıların İran İslam Respublikasının vətəndaşları - 1977-ci il təvəl­lüdlü Quluzadə Əkbər Hüseyn, 1980-ci il təvəllüdlü Bagiri Malik Bəhrəm və 1998-ci il təvəllüdlü Əsədi Əli Əhsən olmaları müəyyənləşdirilib.