Cəbrayılda 54 yaşlı kişi minaya düşdü

cebrayilda-54-yasli-kisi-minaya-dusdu
Oxunma sayı: 3711

Noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalarla Xanlar Aslanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.