Cəbrayılda daha 8 erməni hərbçinin meyiti tapıldı

cebrayilda-daha-8-ermeni-herbcinin-meyiti-tapildi
Oxunma sayı: 981

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 8 erməni hərbçinin meyiti tapılıb.

“Qafqazinfo” “armeniasputnik”ə istinadən xəbər verir ki, cəsədlər Cəbrayıl ərazisində aşkarlanıb. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 329-a yüksəlib.

Hazırda axtarış işləri Xocavənd, Hadrut və  Cəbrayıl istiqamətlərində davam etdirilir.