Cəbrayıldakı qəzada ölən şəxs bu şirkətin əməkdaşı imiş

cebrayildaki-qezada-olen-sexs-bu-sirketin-emekdasi-imis
Oxunma sayı: 2868

Ötən gün axşam saatlarında Cəbrayıl rayonunda ağır yol qəzasının baş verməsi barədə xəbər vermişdik.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 18 radələrində rayonun Qumlaq kəndində baş vermiş qəzada vəfat edən 1983-cü il təvəllüdlü, Ağdaş rayon sakini Əliyev Zamiq Oqtay oğlu “Turkuaz Construction” şirkətinin əməkdaşı olub. Onun idarə etdiyi “Niva” markalı minik avtomobili də həmin şirkətə məxsus olub.

Xatırladaq ki, Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nizam Rza

Həmçinin oxuyun: Bakıda transseksual “Porche”dən oğurluq etdi