“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, avtomobildə həmyerlimiz ilə birlikdə iki Rusiya (Çeçenistan) və dörd Vyetnam vətəndaşı olub.
Həmyerlimiz azdıqlarını bildirsə də, sərhədçilər axtarışlar zamanı maşının baqajından tapdıqları şəxsi əşyalar əsasında onların Belarus sərhədini qeyri-qanuni keçərək Avropaya getmək istədiklərini müəyyən ediblər.
Qeyri-qanuni miqrantlar Smorqonsk rayon müvəqqəti saxlama təcridxanasına gətiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər