Çeçenistan Səhiyyə naziri Azərbaycanı dəstəklədi

cecenistan-sehiyye-naziri-azerbaycani-destekledi
Oxunma sayı: 4728

Çeçenistanın Səhiyyə naziri Elxan Süleymanov Azərbaycana dəstək olub.

“Qafqazinfo” xəbər verir ki, nazir 29 sentyabrda İnstaqram səhifəsində Qarabağ münaqişəsinin kəskinləşməsi fonunda Azərbaycana dəstək mesajı ünvanlayıb. 

“Doğulduğum və böyüdüyüm, uşaqlığımı və gəncliyimi keçirdiyim, sayəsində indiki insan olduğum (nəticədə tərbiyə və təhsil insanın mahiyyətini müəyyənləşdirir) Azərbaycan çətin anlar yaşayır. Münaqişə başladığı gündən etibarən ailəmlə birlikdə ölkə sakinlərinin torpaq itkisinin, evlərini anında itirən yüz minlərlə qaçqının acılarının şahidi olduq. Bu, bizim ümumi dərdimizdir və bu gün doğma şəhərimə və ölkəmə dəstək sözlərimi bildirmək istəyirəm! Ədalət qalib gələcək! Çiçək aç, Azərbaycan!”, - deyə Süleymanov qeyd edib.