Çeçenistanda 46 yaşlı polis rəisi ilə 17 yaşlı qızın toyuna- - Kremldən reaksiya

cecenistanda-46-yasli-polis-reisi-ile-17-yasli-qizin-toyuna-
Oxunma sayı: 11346


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, mətbuat katibi Dmitriy Peskov rəsmi Kremlin toy işləri ilə məşğul olmadığını bildirərək əlavə şərhdən çəkinib.

Xatırladaq ki, “min illiyin çeçen toyu” adlandırılan toy mərasiminə birbaşa olaraq Çeçenistan lideri Ramzan Kadırıv dəstək verib. O, hətta instagram hesabında hər kəsi bu toyu izləməyə dəvət edib. Yerli mətbuat Rusiya qanunlarına görə evlilik üçün yaşı çatmayan qızın məcburi şəkildə 46 yaşlı polislə evləndirildiyini iddia etsə də, müsahibə verən çeçen qız və ailəsi nikahın könüllü şəkildə baş tutduğunu bildirmişdilər.