Çeçenistanda tikintidə partlayış, 5 ölü, 26 yaralı - Video

cecenistanda-tikintide-partlayis-5-olu-26-yarali
Oxunma sayı: 2476

Çeçenistanda tikinti meydançasında qaz balonları partlayıb.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, partlayışdan sonra yanğın qeydə alınıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub, daha 26 nəfər isə yaralanıb. Onlardan altısının vəziyyəti ağırdır. İnsidentlə bağlı hələ ki rəsmi məlumat verilməyib.