Ceff Bezos “Amazon”un hissələrini 1,84 milyard dollara satdı

ceff-bezos-amazonun-hisselerini-184-milyard-dollara-satdi
Oxunma sayı: 1542

“Amazon.com” onlayn pərakəndə satış şirkətinin yaradıcısı və sahibi Ceff Bezos şirkətinin ümumi dəyəri 1,84 milyard dollar olan təxminən 1 milyon səhmini satıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Qiymətli Kağızlar və Fond Birjaları Komissiyasına (SEC) göndərilən sənədlərdə qeyd olunub.

“Forbes”in məlumatına görə, bu, “Amazon” hissələrinin ən böyük satışı olaraq tarixə keçib.

Qeyd edək ki, C. Bezos bir il öncə 150 milyard dollar sərvətlə dünyanın ən zəngin insanı seçilib. Bu il xanımı Makkenzi Bezosla boşandıqdan sonra 39 milyard dollar itirib.