Ceff Bezos nişanlısı ilə Bodrumda - Şam yeməyinə milyonlar ödədi - Foto

ceff-bezos-nisanlisi-ile-bodrumda
Oxunma sayı: 8222

Dünyanın ən varlı iş adamı, “Amazon”un sahibi Ceff Bezos nişanlısı ilə tətilə çıxıb. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, cütlük əvvəlcə Yunanıstanda istirahət edib, daha sonra 500 milyon dollar dəyərində “Koru” adlı lüks yaxtaları ilə Göcek və Bodrumda lövbər salıb.

Bezos və nişanlısı ötən axşam Aralıq dənizi və Fransız mətbəxi yeməkləri təqdim edən lüks restoranda yaxın dostları ilə şam yeməyi yeyib. İş adamı gecənin sonunda restorana təxminən 100 min avro hesab (təxminən 184 110 manat) ödəyib.

Xatırladaq ki, Ceff Bezos jurnalist sevgilisi Lauren Sançezə ötən il evlilik təklifi edib.

Onu da bildirək ki, Bezos bu il 200 milyard dollar sərvətlə ilk dəfə dünyanın ən varlı adamları reytinqində birinci yeri tutub.