Cəhd №3: Le Pen Prezident olmaq istəyir

cehd-3-le-pen-prezident-olmaq-isteyir
Oxunma sayı: 1308

“Milli cəbhə” Partiyasının lideri Marin Le Pen 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Figaro” xəbər verib.

Le Pen artıq qarşıdan gələn seçkilərə hazırlaşdığını bildirib.

Əgər Le Pen namizədliyini irəli sürsə, bu, onun ölkə başçısı olmaq üçün etdiyi üçüncü cəhdi olacaq. Daha əvvəl o, 2012 və 2017-ci illərdə prezidentliyə namizəd olmuşdu. 2017-ci ildə Le Pen seçkilərin ikinci mərhələsində ölkənin hazırkı Prezidenti Emmanuel Makrona uduzmuşdu.

Qeyd edək ki, 2019-cu ilin mayında Le Penin “Milli cəbhə” Partiyası Avropa Parlamentinə seçkilərdə qalib gəlib.